...

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarladı

İqtisadiyyat Materials 26 Sentyabr 2025 15:28 (UTC +04:00)
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarladı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İş Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və tabeliyindəki qurumlarda uyğunluq auditi aparılıb. Audit 2023–2025-ci illəri əhatə edib və 111,3 milyon manatlıq daxilolma, 105 milyon manatlıq xərclər üzrə əməliyyatlar yoxlanılıb.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Yoxlamalardan sonra məlum olub ki, ölkə üzrə heyvanların identikləşdirilməsi həyata keçirilməyib, nəticədə xəstəliklərə qarşı peyvəndləmə risk əsaslı deyil, ümumi “sürü prinsipi” ilə aparılıb; Heyvanların uçotu Dövlət Statistika Komitəsinin göstəricilərindən 11–16% fərqlənib; Strateji inkişaf və monitorinq planları mövcud olmayıb, 2019–2025 Dövlət Proqramında nəzərdə tutulan hədəflərə çatmaq mümkün görünmür; Feromon tələlərinin baha qiymətə (1669,1 min manat) alınması, istifadəsiz qalması və dövlət qeydiyyatına alınmaması nəticəsində 1 mln. manata yaxın vəsait səmərəsiz xərclənib; Laboratoriya və sort-sınaq məntəqələrində torpaq sahələrinin cəmi 7,8%-i təyinatı üzrə istifadə olunub, məhsul satışından 175 min manat potensial gəlir reallaşmayıb; Peyvəndləmə prosesində heyvanların sayının şişirdilməsi, sənədlərdə uyğunsuzluqlar, imzaların olmaması müəyyən edilib; Baytarlıq preparatları və pestisidlərin istifadəsi, daşınması və uçotu üzrə elektron nəzarət sistemi mövcud deyil; Satınalmalarda qiymətlərin düzgün hesablanmaması, anbar qalığı və artıq xərclər müşahidə olunub; Qurumlarda baş mühasib ştatlarının vakant qalması uçotun aparılmasında risklər yaradıb.

Hesablama Palatası Kollegiyası nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, artıq xərclərin bərpası və aidiyyəti qurumlara məlumat göndərilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti