...

Almaniyada qatı sağçı partiya qərargahından çıxarılır

Dünya xəbərləri Materials 26 Sentyabr 2025 16:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya məhkəməsi “Almaniya Üçün Alternativ” qatı sağçı partiyasının 2026-cı ilin oktyabr ayına kimi Berlindəki qərargahını tərk etməsi barədə qətnamə çıxarıb.

Trend bu barədə xarici KİV-ə istinadə xəbər verir.

Məlumata görə, fevral seçkilərindəki qələbəni qeyd edəndən sonra onların avstriyalı icarədarı gözlənilmədən partiya ilə bağlanmış icarə müqaviləsini ləğv edib. Buna əsas kimi binanın həyətindən təyinatı üzrə istifadə olunmaması və partiyanın loqotipinin binanın üzərinə yerləşdirilməsi göstərilib.

Bundan əlavə, icarədar gücləndirilmiş təhlükəsizlik tədbirlərinin Berlindəki Raynikendorf rayonunda yerləşən binanın digər icarədarlarının həyatını çətinləşdirdiyini bildirib. Partiya binadan çıxmaqdan imtina edib ki, bu da məhkəmə çəkişməsinə gətirib çıxarıb.

Berlin Mülki Məhkəməsi partiyanın binanı boşaltmalı olduğuna qərar versə də, sahibkar siyasətçiləri lazımi qaydada xəbərdar etmədiyi üçün onlara bir il möhlət verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti