...

Qreta Tunberq yenidən Qəzzaya yollanıb - Onu İspaniya və İtaliya hərbi gəmiləri qoruyacaq

Dünya xəbərləri Materials 26 Sentyabr 2025 16:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tanınmış ətraf-mühit fəalı Qreta Tunberq İspaniya və İtaliya hərbi donanmalarına aid gəmilərin mühafizəsi altında humanitar missiya ilə Qəzza sahillərinə yola düşüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bir müddət əvvəl İtaliya, Yunanıstan, Tunisə məxsus gəmilərin hücuma məruz qalması ilə əlaqədar İtaliya və İspaniya Silahlı Qüvvələrini müvafiq addımı atmağa vadar olub.

İtaliya iki freqat göndərib, İspaniya isə hələlik yalnız BAM (Buque de Acción Marítima- dəniz əməliyyatı gəmisi) göndərib. Bundan əlavə, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Furor” gəmisi cümə günü səhər tezdən Mursiyanın Kartaxena limanından şərqi Aralıq dənizi sularına doğru yola çıxıb və oradakı gəmilərə hücum halında yardım göstərmək üçün bölgəyə hərəkət edib.

Qeyd edək ki, fəalların Qəzzaya ilk üzmə cəhdi iyun ayında olub. Onlar “Madlin” adlı yaxta ilə anklava tərəf üzməyə çalışıblar, lakin İsrail hərbçiləri gəmini ələ keçirib. Daha sonra fəallar, o cümlədən Qreta Tunber deportasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti