Bakı. Trend:
2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, ounun 52%-ni kişilər, 48%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində 101 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Bunun 53,73%-ni kişilər, 46,27%-ni isə qadınlar təşkil edib.