...

Gürcüstanda "yaşıl" hidrogen üzrə strategiya və yol xəritəsi hazırlanır

Yaşıl iqtisadiyyat Materials 26 Sentyabr 2025 10:45 (UTC +04:00)
Gürcüstanda "yaşıl" hidrogen üzrə strategiya və yol xəritəsi hazırlanır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan “yaşıl” hidrogenin inkişafı üzrə strategiya hazırlayır ki, bu da sahə üzrə yol xəritəsinin və fəaliyyət planının tətbiqi üçün əsas olacaq.

Trend xəbər verir ki, bunu cümə günü Bakıda keçirilən “Azərbaycan və Mərkəzi Asiyanın Yaşıl Energetika Həftəsi” çərçivəsində çıxış edən Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini Omar Sereteli bildirib.

Onun sözlərinə görə, məhz bu strategiya əsasında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda “yaşıl” hidrogenin inkişafı üzrə yol xəritəsi və fəaliyyət planının hazırlanmasına başlayıb.

O qeyd edib ki, 2024-cü ildə ölkədə Energetika və İqlim üzrə Milli Plan təsdiqlənib və burada ayrıca bənd kimi “yaşıl” hidrogen strategiyasının işlənib hazırlanması nəzərdə tutulub.

Bu strategiyanın hazırlanmasına cavabdeh qurum kimi dövlət şirkəti olan “Georgian Energy Development Fund” təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti