...

Azərbaycanda bərpa olunan enerjinin inkişafı ilə ildə 300 min kubmetr qaza qənaət edilə bilər - AYİB

İqtisadiyyat Materials 26 Sentyabr 2025 14:11 (UTC +04:00)
Azərbaycanda bərpa olunan enerjinin inkişafı ilə ildə 300 min kubmetr qaza qənaət edilə bilər - AYİB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan üçün uzunmüddətli aşağıkarbonlu inkişaf yolunun hazırlanması enerji təhlükəsizliyini təmin etmək, karbon emissiyalarını azaltmaq və dayanıqlı artımı təmin etmək məqsədilə enerji sistemi modelləşdirilməsini tələb edir. Bu prosesdə bərpaolunan enerji mənbələrinin tətbiqi və regional şəbəkələrin inteqrasiyası həm imkanlar, həm də çətinliklər yaradır.

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerji sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda quraşdırılmış gücün 80 faizdən çoxu neft və qaz əsasında fəaliyyət göstərir: "Lakin əvvəldə qeyd etdiyim kimi, yalnız iki bərpaolunan enerji mənbəsinin əlavə edilməsi ilə ildə təxminən 300 min kubmetr təbii qaza qənaət edilə bilər. Bu qaz, məsələn, bu gün müzakirə olunan hidrogen istehsalı üçün istifadə oluna bilər. Deməli, həm imkanlar, həm də çağırışlar mövcuddur".

AYİB rəsmisi vurğulayıb ki, bazarın tədricən uyğunlaşması və regional əməkdaşlıq bu prosesə dəstək verir: "Bu səbəbdən də elektrik şəbəkəsi çox vacibdir. Çünki şəbəkə yalnız bir ölkə üçün deyil, eyni zamanda ölkələr arasında inteqrasiya vasitəsidir. Bugünkü müzakirələrdə dəfələrlə qeyd olunan “enerji dəhlizi” ideyası məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bunun həm Azərbaycan, həm region, həm də Mərkəzi Asiya üçün böyük rolu var. Çünki Avropada enerji tələbatı açıq şəkildə artmaqda davam edir və bu, region üçün böyük fürsət yaradır".

Xəbər lenti

Xəbər lenti