...

Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırlar

Yaşıl iqtisadiyyat Materials 26 Sentyabr 2025 10:36 (UTC +04:00)
Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırlar
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırlar.

Trend xəbər verir ki, bunu cümə günü Bakıda keçirilən “Azərbaycan və Mərkəzi Asiyanın Yaşıl Energetika Həftəsi” çərçivəsində çıxış edən Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini Omar Sereteli bildirib.

“Gürcüstanın qonşu ölkələrlə əməkdaşlığı “yaşıl energetika dəhlizi” layihələri çərçivəsində yaşıl hidrogenin Avropaya tədarükü, tranziti və ixracına dair ideyaların işlənib hazırlanmasına yönəlib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bəzi layihələr obyektiv səbəblərdən müvəqqəti olaraq təxirə salınsa da, bu istiqamətdə iş davam etdirilir.

“Azərbaycanla birgə bizdə “Yaşıl enerji dəhlizi” adlı təşəbbüs var. Onun çərçivəsində biz “yaşıl” hidrogenin həm boru kəmərləri, həm də dəniz yolu ilə Rumıniyaya və oradan Avropaya tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırıq. Artıq bir sıra mümkün marşrutlar müəyyən etmişik və onların bir hissəsi kifayət qədər real görünür”, - deyə Sereteli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti