...

Azərbaycanla strateji tərəfdaşlıq Böyük Britaniya üçün yeni imkanlar açır - Naycel Adams

Siyasət Materials 26 Sentyabr 2025 12:59 (UTC +04:00)
Azərbaycanla strateji tərəfdaşlıq Böyük Britaniya üçün yeni imkanlar açır - Naycel Adams
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb ki, bu da hər iki ölkə üçün vacib və müsbət addımdır.

Trend xəbər verir ki, bunu ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya siyasi dialoqu çərçivəsində “Better Earth Limited” şirkətinin baş direktoru və Böyük Britaniya parlamentinin keçmiş üzvü Neycel Adams bildirib.

“Əməkdaşlığımız neft-qaz sektoru ilə başlayıb. Bu sahə iş yerləri yaradıb və rifah gətirib. Son onilliklərdə Bakının hansı nailiyyətlər əldə etdiyini görmək üçün ətrafınıza baxmaq kifayətdir”,- deyə Adams qeyd edib.

O , Azərbaycanda Böyük Britaniyaya olan etibarın bu gün də qorunub saxlanmaqda olduğunu vurğulayıb.

Adamsın sözlərinə görə, karbonhidrogenlər hələ bir müddət energetikanın tərkib hissəsi olacaq. Lakin gələcək daha təmiz enerji mənbələrinə keçidlə bağlıdır və məhz burada Azərbaycan və Böyük Britaniya arasında birgə layihələr üçün geniş imkanlar açılır: “Biz keçmiş nailiyyətlərə əsaslanaraq birlikdə dayanıqlı gələcək qura bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti