...

Yay mövsümündə günvurma ilə əlaqədar təcili yardıma müraciət edənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 26 Sentyabr 2025 11:31 (UTC +04:00)
Yay mövsümündə günvurma ilə əlaqədar təcili yardıma müraciət edənlərin sayı açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yay mövsümündə (iyun, iyul, avqust ayları üzrə) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib.

"Digər 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.

Eyni zamanda günvurma ilə əlaqədar Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala, Zaqatala və s. bölgələrdən də 23 nəfərin çağırışı daxil olub. Onlardan 13 nəfərə yerində tibbi yardım göstərilib, 10 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti