...

Mingəçevirə dəmiryol nəqliyyatının bərpası əlamətdar hadisədir - Arif Ağayev

Cəmiyyət Materials 26 Sentyabr 2025 12:30 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Mingəçevi. Trend:

Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

Trend xəbər verir ki, bu fikirləri ADY sədrinin müavini Arif Ağayevin Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə çıxışında deyib.

Sədr müavini bildirib ki, Mingəçevir - Gəncə - Ağstafata rayonlararası marşrutun açılışı dəmir yolları üçün əlamətdar hadisədir.

“Çünki ilk dəfə Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlayırıq”.

Bildiyiniz kimi, mövcud rayonlararası marşrutların, daha dəqiq desəm, Bakı-Qazax-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı istiqamətlərinin giriş və çıxış nöqtələri paytaxt Bakıdır. Bu gün isə biz, necə deyərlər, bu ənənəni pozaraq bir yeniliyə imza atmışıq”.

A. Ağayev deyib ki, daha bir ilk kimi uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatının bərpasını da qeyd etmək istərdim.

“Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək”.

Sədr müavini çıxışı zamanı vurğulayıb ki, bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər”.

A.Ağayev əminliklə bildirib ki, bu marşrut daha çox Mingəçevir əhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə və Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına və tanıdılmasına şərait yaradacaq:

“Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək olan hədəflərimizə çatmaq məqsədilə səylə çalışırıq. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edirik. 2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib. Bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib”.

Xəbər lenti

Xəbər lenti