Bakı. Trend:
Son 15 il ərzində 250-dən çox Britaniya şirkəti Azərbaycanda bp ilə müqavilələr bağlayıb və bu 8,5 milyard funt sterlinqdən artıq gəlir gətirib.
Trend xəbər verir ki, bunu ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya siyasi dialoqu çərçivəsində çıxış edən bp-nin dövlət orqanları ilə əlaqələr üzrə baş direktoru Endryu Menner bildirib.
“Neft və qaza olan tələbat yüksək olaraq qalır və ölkələr getdikcə müxtəlif enerji mənbələri axtarır. Bu isə Azərbaycanın Avropaya və onun hüdudlarından kənara qaz tədarükünü genişləndirmək imkanlarını açır”, -deyə o qeyd edib.
Eyni zamanda, Menner bildirib ki, ekoloji komponent enerji gündəliyinin ən vacib hissəsinə çevrilir: “Tərəfdaşlarımızla birlikdə və Azərbaycanın hökumətinin dəstəyi ilə bütün layihələrimizdə emissiyaların azaldılmasına sadiq qalırıq. Ekoloji məsuliyyət hər bir təşəbbüsün həyata keçirilməsinin hər mərhələsində prioritet kimi qəbul olunur”, – deyə bp nümayəndəsi vurğulayıb.