Bakı. Trend:
Məqsədimiz təmiz hidrogeni Azərbaycanın iqtisadiyyatına tam şəkildə inteqrasiya etmək, həm də yaşıl iqtisadiyyatın inkişafına və ixrac layihələrindən faydalanmağa nail olmaqdır.
Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
O vurğulayıb ki, növbəti mərhələdə sənaye üçün mexanizmin hazırlanması vacibdir: "Yəni şirkətlər başa düşməlidirlər ki, bu hidrogendən necə istifadə edə bilərlər. Burada söhbət təmiz hidrogendən gedir, çünki emissiya intensivliyi xüsusi əhəmiyyət daşıyır".
"Bu məqsədlə artıq İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə işçi qrup yaradılıb. Biz həm ixrac imkanlarını, həm də ixrac layihələrinə təsirini öyrənməyə çalışırıq. Əsas məqsədimiz Azərbaycanda yaşıl iqtisadiyyatı real etmək və bundan qazanc götürməkdir", - deyə R. Hümbətova qeyd edib.