Bakı. Trend:
Litva parlamenti orduya hava hədəflərini daha operativ məhv etməyə icazə verən qərar qəbul edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, döyüş qaydaları ilə bağlı dəyişiklik bundan əvvəl parlamentdə sentyabrın 23 müzakirə olunmuşdu.
Ölkənin müdafiə naziri Dovile Şakalene bildirib ki, keçmiş qaydalar müasir təhdidlərə uyğun gəlmirdi, belə ki, buna qədər hərbçilər pilotsuz uçuş aparatlarını yalnız qadağan olmuş zonaların üzərində və onların hərbi təyinatlı olacağı təqdirdə zərərsizləşdirə bilərdi.
“Bu düzəlişlə biz Hərbi gücün tətbiqi ilə bağlı Nizamnaməyə yeni hüquqi mexanizm əlavə edirik. Düzəlişə əsasən əgər pilotsuz uçuş aparatları müəyyən edilmiş qaydaları pozaraq qadağan olunmuş zonalarda hərəkət edirsə, onlara qarşı operativ şəkildə güc tətbiq oluna biləcək”, – deyə o bildirib.
Yeni qaydalara əsasən mülki təyyarələr xüsusi icazə olmadan qadağan olunmuş zonalarda uça bilməyəcək.