Bakı. Trend:
Azərbaycanda külək enerjisinin səmərəliliyini artırmaq üçün rəqəmsal həllərin tətbiqi və yerli innovasiyaların dəstəklənməsi vacibdir.
Trend xəbər verir ki, bunu “Azərbaycan-Mərkəzi Asiyanın Yaşıl Enerji Həftəsi” çərçivəsində “ACWA Power”in NOMAC külək parklarının istismar və texniki xidmət üzrə direktoru Radjukumar Qopalsami bildirib.
Onun sözlərinə görə, “virtual beyin” funksiyasını yerinə yetirən mərkəzləşdirilmiş monitorinq stansiyaları turbinlərin məsafədən idarə olunmasına, onların küləyin sürəti və istiqamətinə uyğun tənzimlənməsinə imkan verir və beləliklə enerji istehsalını maksimum səviyyəyə çatdırır.
“Vacib element tərəfdaş şirkətlər tərəfindən təqdim olunan günlük, həftəlik və aylıq proqnozların istifadəsidir. Bu, off-teykerlərin yükü effektiv planlaşdırmasına və dispetçerləşdirmənin optimallaşdırılmasına kömək edir”, - deyə o qeyd edib.
Qopalsami vurğulayıb ki, Azərbaycanda həmçinin yerli təkərlər, komponentlər istehsalını inkişaf etdirmək və logistika dəstəyi təmin etmək vacibdir: “Bu, ölkədə avadanlıq istehsalçıları və bərpa olunan enerji sektorunun iştirakçıları üçün əlavə imkanlar yaradacaq”.