Bakı. Trend:
III MDB Oyunlarının açılış mərasimi ilə əlaqədar sentyabrın 28-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək.
"Heydər Əliyev prospektində fəaliyyət göstərən 1, 4 və 8 nömrəli, eləcə də Atatürk prospektindən keçən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Üzeyir Hacıbəyli küçəsi ilə təşkil ediləcək.
12 nömrəli marşrutun son dayanacaq məntəqəsi Bilal Qəhrəmanov küçəsi təyin ediləcək",- deyə əlavə edilib.