Bakı. Trend:
Azərbaycan və İsveçrə mərkəzi bankları risklərin idarə edilməsi üzrə təcrübələri müzakirə ediblər.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyətinin İsveçrə Milli Bankına (İMB) işgüzar səfəri baş tutub.
Səfər çərçivəsində AMB nümayəndə heyəti İMB tərəfindən risklərin idarə olunması mövzusunda təşkil olunmuş tədbirdə iştirak edib. Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarının nümayəndələrinin də iştirak etdiyi bu tədbirdə risklərin idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eləcə də maliyyə institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.
Tədbirdə AMB-nin Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmli təqdimatla çıxış edərək risklərin idarə edilməsi üzrə AMB-nin təcrübəsindən və bu sahədə müasir çağırışlardan bəhs edib.