...

Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib (FOTO)

Gündəm Materials 26 Sentyabr 2025 18:14 (UTC +04:00)
Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

AZCON Holdinq şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin yeni Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Səfər çərçivəsində Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Mingəçevir stansiyasında tədbir keçirilib.

Bildirilib ki, 28 sentyabrdan başlayaraq müasir elektrik qatarları ilə bu marşrut üzrə ilk dəfə olaraq regiondaxili sərnişindaşıma xidmətinə başlanacaq.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə Mingəçevir şəhəri və qərb regionu arasında rahat və təhlükəsiz səyahət imkanları təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti