...

Azərbaycan və Mərkəzi Asiya "ACWA Power"in dəstəyi ilə külək energetikasının inkişafını sürətləndirir

Yaşıl iqtisadiyyat Materials 26 Sentyabr 2025 17:35 (UTC +04:00)
Azərbaycan və Mərkəzi Asiya "ACWA Power"in dəstəyi ilə külək energetikasının inkişafını sürətləndirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya və Azərbaycanda külək enerjisinin inkişafı “ACWA Power” şirkətinin layihələri, vergi güzəştləri və yerli icmaların dəstəyi sayəsində yeni mərhələyə qədəm qoyur.

Trend xəbər verir ki, bunu “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi” çərçivəsində “ACWA Power”in NOMAC külək parklarının istismar və texniki xidmət üzrə direktoru Rackumar Qopalsami bildirib.

O qeyd edib ki, şirkət yalnız turbin istehsalçıları ilə innovativ həllər tətbiq etmir, həm də külək parklarının yerləşdiyi regionları fəal şəkildə dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycanda “ACWA Power” 240 meqavat gücündə layihə həyata keçirir və bunun 78 meqavatlıq hissəsi artıq Bakıya yaxın ərazidə uğurla istismara verilib.

“2025-ci ilin sonunadək şirkət tikintini tam başa çatdırmağı və 2026-cı il yanvarın 1-dən etibarən ildə 907 QVt·saat təmiz enerji ilə təxminən 300 min ev təsərrüfatını təmin etməyi planlaşdırır ki, bu da CO₂ tullantılarının 400 min ton azalmasına imkan verəcək. Özbəkistanda isə “ACWA Power” 500 MVt gücündə, hər biri 6,5 MVt olan 79 turbindən ibarət ən iri Bash külək parkını inkişaf etdirməkdədir”,- deyə o vurğulayıb.

R.Qopalsami qeyd edib ki, şirkətin külək enerjisi layihələri həmçinin yerli icmalar üçün sosial dəstək tədbirləri ilə müşayiət olunur, bunlara məktəblərin tikintisi və infrastrukturun inkişafı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti