...

Səfirliklərə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatın verilməsi qaydaları ləğv edilib

Cəmiyyət Materials 26 Sentyabr 2025 16:20 (UTC +04:00)
Səfirliklərə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatın verilməsi qaydaları ləğv edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatın verilməsi Qaydaları” ləğv edilib.

Trend-in məlumatına görə, bununla bağlı xarici işlər naziri Ceyhun Bayramov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Hüquqi təminat idarəsinin rəisi H.Hüseynov bu Qərarın üç iş günü müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsini təmin edib.

Ləğv edilən Qaydalarda bildirilmişdi ki, Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri ayrılan vəsaitlərin istifadəsinə dair aylıq hesabatı növbəti ayın 10-na kimi, rüblük hesabatı rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq, illik hesabatı isə il başa çatdıqdan sonra 20 gündən gec olmayaraq Xarici İşlər Nazirliyinə təqdim edirlər.

Məlumat üçün bildirək ki, ləğv edilmə ilə bağlı qərar sentyabrın 18-də qəbul edilib, sentyabrın 23-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, sentyabrın 24-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti