...

Magistratura pilləsinə maraq azalmayıb - DİM sədri

Cəmiyyət Materials 26 Sentyabr 2025 15:28 (UTC +04:00)
Magistratura pilləsinə maraq azalmayıb - DİM sədri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Magistratura sahəsində marağın azaldığı müşahidə olunmur.

Trend xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, sadəcə bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə nisbətən aşağıdır.

Qeyd edib ki, bakalavriat səviyyəsində olduğu kimi magistraturada da adambaşı maliyyələşdirmə həyata keçirilir. Dövlət hər bir proqram üzrə neçə nəfərin dövlət hesabına oxuya biləcəyini müəyyənləşdirir:

“Müsabiqədən sonra bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər dolur. Ödənişli təhsil alanların sayı da kifayət qədərdir. Bu maliyyə vəsaiti təhsilin inkişafı üçün ayrılır və məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir”.

Xatırladaq ki, bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti