Bakı. Trend:
26 sentyabr tarixində Şəki şəhərində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi təşkil olunub. Yarış, qarşıdan gələn III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyıb.
Trend xəbər verir ki, birincilikdə “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.
Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.