Bakı. Trend:
Çexiya ilə Azərbaycan arasındakı münasibətlər olduqca müsbət dinamika ilə inkişaf edir.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən qəbulda Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek bildirib.
O, Azərbaycanın beynəlxalq arenada qətiyyət və uzaqgörənliklə fəaliyyət göstərməsinin yüksək qiymətləndirildiyini, bunun hörmətə layiq olduğunu qeyd edib.
“Bu kontekstdə xüsusilə Bakıdakı COP29 təşkilatına və texniki dəstəyə verilən yüksək qiyməti vurğulamaq istəyirəm. Bu platforma çərçivəsində vacib görüşlər keçirilib ki, onların arasında Azərbaycanın Prezidenti ilə Çexiya Respublikasının Baş nazirinin görüşü xüsusi önəm daşıyır. Ardınca iqtisadiyyat naziri Praqaya səfər edib və bir sıra digər mühüm tədbirlər baş tutub,” – deyə o bildirib.
Səfir əlavə edib ki, bütün bunlar ölkələr arasında iqtisadi əməkdaşlığın, mədəni mübadilənin, turizmin və tələbə proqramlarının inkişafında öz əksini tapıb.