...

Transxəzər Dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsas istiqamətdir — DFC

İqtisadiyyat Materials 26 Sentyabr 2025 21:43 (UTC +04:00)
Transxəzər Dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsas istiqamətdir — DFC
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər Dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsas istiqamət hesab olunur.

Trend-in məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) investisiya departamentinin rəhbəri Konor Koulman Nyu-Yorkda Xəzər Siyasəti Mərkəzi (Caspian Policy Center, CPC) tərəfindən Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil olunan altıncı illik Xəzər Biznes Forumunda bildirib.

Transxəzər ticarətinin beynəlxalq bazarlar üçün əhəmiyyətindən danışan Koulman ABŞ-ın onun inkişafını dəstəkləmək üçün gördüyü tədbirləri vurğulayıb. “Transxəzər Dəhlizi ABŞ hökuməti üçün xarici siyasət baxımından əsas istiqamətdir. Bizim fəaliyyətimiz ABŞ-ın Mərkəzi Asiyada iqtisadi inkişafı dəstəkləmək üzrə uzunmüddətli tarixə malik olmasına əsaslanır”, — deyə o qeyd edib.

“DFC təhlükəsiz və strateji baxımdan mühüm investisiya dəhlizlərinin və iqtisadi zonaların yaradılması üzərində işləyir — bu isə birbaşa olaraq Orta Dəhlizin artan əhəmiyyəti ilə bağlıdır”, — Koulman əlavə edib.

O, həmçinin Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin açdığı strateji potensiala diqqət çəkib: “Ermənistan və Azərbaycan arasında əldə olunan tarixi sülh razılaşması regionda təhlükəsizliyin və iqtisadi artımın möhkəmləndirilməsi üçün böyük perspektivlər vəd edən yeni bir dövrün başlanğıcını ifadə edir”.

Xəbər lenti

Xəbər lenti