...

Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib

Cəmiyyət Materials 26 Sentyabr 2025 22:59 (UTC +04:00)
Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib

Bakı. Trend:

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Xəbər lenti

Xəbər lenti