...

Türkiyə və İspaniya prezidentləri regional və qlobal məsələləri müzakirə ediblər

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 23:58 (UTC +04:00)
Türkiyə və İspaniya prezidentləri regional və qlobal məsələləri müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın baş naziri Pedro Sançeslə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

Bildirilib ki, danışıq zamanı Ərdoğan və Sançes Türkiyə ilə İspaniya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında Fələstində iki dövlətli həll yoluna nail olmaq üçün mühüm addımlar atıldığını qeyd edib.

O qeyd edib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırmaq və Qəzzaya humanitar yardımın maneəsiz axınını təmin etmək üçün səylərini davam etdirəcək.

Ərdoğan Baş nazir Sançesin Sumud humanitar donanmasına göstərdiyi diqqətdən məmnunluğunu ifadə edərək, Türkiyənin vəziyyəti çox diqqətlə izlədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti