Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,7 ABŞ dolları və ya 2,4% artaraq 71,84 dollar/barel təşkil edib. Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 73,76 dollar/barel, minimum isə 69,46 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 70,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,7 ABŞ dolları və ya 2,4% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,24 dollar/barel, minimum isə 67,92 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,9 ABŞ dolları və ya 1,5% artaraq 57,65 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 59,12 dollar/barel, minimum isə 55,62 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,6 dollar və ya 2,4 faiz bahalaşaraq, 69,48 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 71,93 dollar/barel, minimum isə 66,75 dollar/barel təşkil edib.
Neft/ data |
22.09.2025 |
23.09.2025 |
24.09.2025 |
25.09.2025 |
26.09.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$69,46 |
$71,42 |
$72,14 |
$72,43 |
$73,76 |
$71,84 |
Azeri Light FOB Ceyhan |
$67,92 |
$69,65 |
$70,60 |
$70,89 |
$72,24 |
$70,26 |
Urals (EX NOVO) |
$55,62 |
$57,26 |
$58,14 |
$58,13 |
$59,12 |
$57,65 |
Dated Brent |
$66,75 |
$68,41 |
$69,78 |
$70,54 |
$71,93 |
69,48 |