Bakı. Trend:
BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində 23-25 sentyabr tarixləri aralığında Azərbaycanla 10 ölkə arasında bir sıra sənədlər imzalanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin yekunlarına dair "X" hesabında etdiyi paylaşımda qeyd olunub.
Bildirilib ki, Maldivlə ümumvətəndaş; Anqola, Cibuti, Dominikan (həm də rəsmi) və Surinamla diplomatik və xidməti; Bəhreynlə diplomatik və Qvineya-Bisau ilə diplomatik, xidməti və xüsusi pasporta malik vətəndaşların vizadan azad edilmə üzrə sazişlər imzalanıb.
Qeyd olunub ki, siyasi məsləhətləşmələr üzrə Benin və Qambiya ilə Anlaşma Memorandumu, Ekvador ilə isə protokol imzalanıb.