Bakı. Trend:
Misli Premyer Liqasının VI turu çərçivəsində “Şamaxı” və “Araz-Naxçıvan” komandaları qarşılaşıb.
Trend xəbər verir ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.
Görüşün 28-ci dəqiqəsində “Şamaxı”dan Rüfət Abbasov hesabı açaraq komandaya üstünlük gətirib – 1:0. Fasiləyə qədər bu nəticə dəyişməyib. İkinci hissədə 73-cü dəqiqədə “Araz-Naxçıvan”ın üzvü Şarl Boli hesabı bərabərləşdirib – 1:1.
Qeyd edək ki, oyunun əvvəlində “Şamaxı”dan Karim Rossi fərqlənsə də, qol ofsayd səbəbi ilə qeydə alınmayıb. Görüşün baş hakimi Rəşad Əhmədov olub.