...

BAEA müfəttişləri İranda yoxlamalar aparırlar - Araqçi

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 05:30 (UTC +04:00)
BAEA müfəttişləri İranda yoxlamalar aparırlar - Araqçi

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Araqçi BMT Təhlükəsizlik Şurasında Çin və Rusiya tərəfindən təqdim olunmuş və İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan 2231 saylı qətnamənin uzadılması ilə bağlı səsvermədən sonra çıxış edərək bildirib ki, hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri İranda fəaliyyət göstərir və yoxlamalar aparırlar.

Trend xəbər verir ki, nazir bu fikirləri Fransanın nümayəndəsinin İran ilə BAEA arasında əməkdaşlığın kifayət qədər olmaması barədə səsləndirdiyi bəyanata cavab olaraq söyləyib.

“Əksinə, BAEA müfəttişləri bu gün İranda mövcuddur və lazım olan yoxlamaları həyata keçirirlər”, – deyə Araqçi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti