Bakı. Trend:
Suriya məhkəməsi qiyabi olaraq ölkənin keçmiş prezidenti Bəşər Əsəd barəsində həbs qətimkan tədbiri seçib.
Trend xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayılıb.
“Əsədin 2011-ci ildə Dərradakı hadisələrlə əlaqədar qiyabi olaraq onun həbsinə dair qərar çıxarılıb”, -deyə məlumatda deyilir.
Qərarın keçmiş Suriya liderinin beynəlxalq təqibi üçün əsas olacağı bildirilir.
Qeyd edək ki, Bəşər Əsədə qarşı “qəsdən adamöldürmə, ölümə səbəb olan işgəncələr, və əsassız azadlıqdan məhrum etmə” ittihamları irəli sürülüb. Məhkəmə prosesində zərərçəkmiş tərəf qismində 2011-ci ildə Dərradakı insidentdə həlak olan insanların qohumları çıxış edib.