...

Türkiyə XİN 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib (FOTO)

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 11:46 (UTC +04:00)
Türkiyə XİN 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın 27 sentyabr Anım Günü ilə əlaqədar rəsmi "X" səhifəsində paylaşım edib.

Bu barədə Trend xəbər verir.

“27 Sentyabr - Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçən qəhrəman Azərbaycan övladlarını rəhmətlə yad edirik. Əminik ki, dayanıqlı sülhün təmin olunması yolunda atılan tarixi addımlar bu fədakarlıqların mirası üzərində bölgəmizdə əmin-amanlıq və rifahı bərqərar edəcək”, -deyə paylaşımda qeyd olunur.

Türkiyə XİN sonda “İki Dövlət, Bir millət” şüarını bir daha vurğulayaraq, paylaşımı “şəhidlərimizin şanlı mirası daima qəlbimizdə yaşayacaq” cümləsi ilə yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti