Ağdam. Trend:
Anım günü Ağdam şəhərində də qeyd edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Anım günü münasibətilə ilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, məskunlaşmış Ağdam sakinləri, məktəblilər Ağdamda fəaliyyət göstərən şirkət nümayəndələri birlikdə rayonun Sarıcalı kəndində 100 ədəd Sərv ağacı əkilərək ağacəkmə aksiyasını həyata keçiriblər.