Bakı. Trend:
Bəzi məktəblərdə müəllimlərin dərs vəsaitlərini ödənişlə verməsi ilə bağlı araşdırmalar aparılıb və müvafiq qaydada ölçü götürülüb.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Zəfər parkında jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 4500 məktəb və 1600 bağçada bəzi valideynlər və işçilərlə bağlı hadisələr baş verə bilər.
"Buna bir adam, bir qurum heç vaxt nəzarət edə bilməz. Biz bunu bir dəfə başa düşsək, bu sualı verməyə bir daha ehtiyac olmayacaq", - deyə o qeyd edib.