...

III MDB Oyunlarında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)

Gündəm Materials 27 Sentyabr 2025 14:22 (UTC +04:00)
III MDB Oyunlarında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)

Bakı. Trend:

27 Sentyabr - Azərbaycanda Anım Günü əlaqədar III MDB Oyunlarının bütün idman məkanlarında saat 12:00-da birdəqiqəlik sükut elan olunub.

Trend Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, Qəbələ Şəhər Stadionunda keçirilən futbol turnirinin Azərbaycan (U-16) və Tacikistan (U-16) yığmaları arasındakı oyunu da bir dəqiqəlik sükutla başlayıb. Həmçinin digər idman arenalarında da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

III MDB Oyunlarının iştirakçıları və qonaqları Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Xəbər lenti

Xəbər lenti