Bakı. Trend:
ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın administrasiyasına Konqres tərəfindən xarici yardımlar üçün ayrılmış 4 milyard dollarlıq vəsaitin dondurulmasına icazə verib.
Trend xəbər verir ki, bu barədə Ali Məhkəmənin qərarında qeyd olunub.
“Səs çoxluğu ilə qəbul edilən təxirəsalma qərarı mövcud məhkəmə hökmünün icrasını dayandırır. Nəticədə vəsaitlər nəzərdə tutulan alıcılara çatdırılmayacaq”, – sənəddə bildirilir.
Məlumata əsasən, Tramp administrasiyasının nümayəndələri bu vəsatəti sentyabrın 5-də Vaşinqtondakı apellyasiya məhkəməsinin hökumət orqanlarını müdafiə etməyi dayandırmasından sonra təqdim ediblər. Əvvəlki instansiya məhkəməsinin qərarına görə isə, Tramp administrasiyası ABŞ Konqresinin təsdiqlədiyi xarici yardımlar üçün ayrılmış azı 4 milyard dolları cari maliyyə ilinin sonunadək, yəni sentyabrın 30-dək xərcləməli idi.