...

FIFA sənədlərin saxtalaşdırılmasına görə yeddi futbolçunu diskvalifikasiya edib

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 12:20 (UTC +04:00)
FIFA sənədlərin saxtalaşdırılmasına görə yeddi futbolçunu diskvalifikasiya edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyaları Assosasiyasının (FİFA) İntizam Komitəsi sənədlərin saxtalaşdırılmasına görə Malayziya Milli Komnadasının yeddi futbolçusunun diskvalifikasiya oluması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

Sanksiyalar Qabriel Palmero, Fakundo Qarsesa, Rodriqo Olqado, İmanol Maçuku, Jao Fiqeyredo, Xona İrasabal və Hektor Hevel barəsində tətbiq olunub. Onlar təşkilatın inzibati məcəlləsinin müddəalarını pozmaqda təqsirli biliniblər.

Qərara əsasən, onlar 12 ay müddətinə futbol yarışlarından kənarlaşdırıblar, bundan başqa hər biri FİFA-ya 2 min İsveçrə frankı həcmində cərimə ödəməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti