...

İngiltərədə Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

İdman Materials 27 Sentyabr 2025 14:02 (UTC +04:00)
İngiltərədə Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı. Trend:

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Trend xəbər verir ki, "Vest Hem" Qrem Potterlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qrem Potter bu ilin yanvar ayında "Vest Hem"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Premyer Liqada 5 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti