...

III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçisi finala yüksəlib

İdman Materials 27 Sentyabr 2025 16:18 (UTC +04:00)
III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçisi finala yüksəlib

Azərbaycanda keçirilən III MDB Oyunlarında stolüstü tennis üzrə fərdi yarışlara start verilib.

Trend xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Yağmur Məmmədli və Mərziyə Nurmətova qüvvələrini sınayıblar.

Onlar yarımfinalda müvafiq olaraq, Amina İlımbetova (Rusiya) və Məftunə Qulimova (Özbəkistan) qarşılaşıblar.

Rəqibini hər üç setdə məğlub edən M. Nurmətova finala yüksəlib. Y. Məmmədli isə 3:1 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti