...

Xəzərin İran sahilində zəlzələ olub

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 16:36 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla 15:34-də Xəzər dənizinin sahilində - İranın şimalında yerləşən Gülüstan vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ vilayətin Gümüştəpə və Türkmən limanı yaxınlığında qeydə alınıb. 10 km dərinlikdə baş verən zəlzələ Mazandaran vilayətində də hiss olunub.

Zəlzələ baş verən rayona İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti