...

İran prezidenti ABŞ-nin zənginləşdirilmiş uranla bağlı tələblərini rədd edib

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 22:31 (UTC +04:00)
İran prezidenti ABŞ-nin zənginləşdirilmiş uranla bağlı tələblərini rədd edib

Bakı. Trend:

İran ABŞ-nin Tehrana qarşı sanksiyaların bərpasının üç aylıq gecikdirilməsi müqabilində 60 faizə qədər 400 kq-dan çox zənginləşdirilmiş uranın təhvil verilməsi tələblərini həddindən artıq adlandırıb.

Trend-in məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian deyib.

"Bu cür bəyanatlar qəbuledilməzdir və əgər biz onların həddi aşan tələbləri ilə sanksiyaların dərhal bərpası arasında seçim etməli olsaq, sanksiyaların bərpasını seçəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, M.Pezeşkianın bəyanatı BMT Təhlükəsizlik Şurasının ötən gün Rusiya və Çinin Tehrana qarşı sanksiyaların bərpasını altı ay müddətinə təxirə salmaq üçün təqdim etdiyi qətnamə layihəsini rədd etməsindən sonra verilib.

Xəbər lenti

Xəbər lenti