Bakı. Trend:
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda keçirilən danışıqlarda digər məsələlərlə yanaşı, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində birgə addımların atılması məsələsi də gündəmə gətirilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
"Prezidentimiz Fələstin məsələsini qaldırdı. O, bu məsələlərin bizim üçün əhəmiyyətini xüsusilə vurğuladı. Ən əsası Qəzza zolağında atəşkəsin dərhal bərqərar olması, eləcə də İsrailin bölgədəki ekspansionist siyasəti ilə bağlı risklərdir", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, görüş zamanı Suriyanın ABŞ-la münasibətləri ilə bağlı gündəmdə olan məsələlər müzakirə edilib.
"Bütün ölkələr Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini qoruyub saxlaması ilə razılaşır", - deyə H.Fidan əlavə edib.