...

Məmnuniyyətlə bildirirəm ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan

Siyasət Materials 27 Sentyabr 2025 21:35 (UTC +04:00)
Məmnuniyyətlə bildirirəm ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mən bütün beynəlxalq ictimaiyyətə məmnuniyyətlə bildirirəm ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub.

Trend-in məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, bu sülh prosesində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu həlledicidir.

“Onun fədakarlığı, ardıcıllığı və prinsipiallığı qeyri-mümkün kimi görünənləri mümkün etdi. Ona görə də biz Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı qərar verdik. Çünki biz öz nümunəmizdə Prezident Trampın bu ideyaya həqiqətən sadiq olduğunu gördük”,- deyə Paşinyan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti