...

Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub - Paşinyan

Gündəm Materials 27 Sentyabr 2025 21:02 (UTC +04:00)
Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son illər Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub.

Trend-in məlumatına görə, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri müntəzəmdir və davamlı olaraq artan səviyyədədir.

“Mən bu nailiyyəti yüksək qiymətləndirirəm və əminəm ki, bu, yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və dövlətlərarası sərhədlərin tam açılması kimi müsbət nəticələr verəcək”, - deyə Paşinyan əlavə edib. O bildirib ki, iki ölkə arasında sərhədlərin açılması TRIPP layihəsinə müsbət təsir edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti