...

"Atletiko Madrid" derbidə "Real Madrid"i məğlub edib - İspaniya La Liqası

İdman Materials 27 Sentyabr 2025 20:32 (UTC +04:00)
"Atletiko Madrid" derbidə "Real Madrid"i məğlub edib - İspaniya La Liqası

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 7-ci turunda "Atletiko Madrid" doğma meydanda "Real Madrid"i 5:2 hesabı ilə darmadağın edib.

Trend-in məlumatına görə, görüş Madriddəki "Metropolitano" stadionunda baş tutub.

Qalib komandadan qolları Robin Le Norman (14-cü dəqiqə), Aleksander Sörlot (45+3), Xulian Alvares (50, penalti; 64) və Antuan Qrizmann (90+4) vurub. "Real Madrid"din heyətində Kilian Mbappe (25) və Arda Gülər ​​(36) fərqləniblər.

"Real Madrid" mövsümdə ilk məğlubiyyətini alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti