Bakı. Trend:
NATO təlimlərinin keçirildiyi Norveç Hərbi Hava Qüvvələrinin Erlann aviabazasının yaxınlığında pilotsuz uçuş aparatları müşahidə olunub.
Trend-in məlumatına görə, bu barədə "NRK" televiziya şirkəti xəbər verib.
Məlumata əsasən, şənbə günü səhər baza yaxınlığındakı uçuşa qadağan zonada PUA-lar aşkarlanıb və hadisəni araşdırmaq üçün təhlükəsizlik xidmətləri və polis cəlb olunub.
Erlann aerodromunda "F-35" qırıcıları yerləşir. Sentyabrın 15-dən 28-dək aviabazada 16 ölkədən 450 hərbçinin iştirak etdiyi NATO-nun “Toxic Trip” təlimi keçirilir.