...

Miçiqan ştatında kilsədə atışma olub

Dünya xəbərləri Materials 28 Sentyabr 2025 21:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədə atışma baş verib.

Trend CNN-ə istinadən xəbər verir ki, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Atəş açan şəxs isə hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.

Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanları əhalini təhlükəsizlik məqsədilə hadisə baş verən ərazidən uzaq durmağa çağırıb.

Hazırda hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti