Bakı. Trend:
ABŞ-nin Arizona ştatında güclü yağışların səbəb olduğu sel və daşqın nəticəsində azı 4 nəfər ölüb.
Trend-in “CBS News”-a istinadən verdiyi məlumata görə, 3 nəfər Qlob şəhərində selin qurbanı olub.
Daha 1 nəfərin cəsədi Finiksin ətrafında suya düşən avtomobilin yaxınlığında tapılıb.
Daşqın zamanı yüzlərlə propan balonunun su altında qalması təhlükəli vəziyyət yaradıb.