Bakı. Trend:
Atlantik okeanında əmələ gələn "Humberto" qasırğası Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyaya (ən yüksək) çatıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğalara Nəzarət Mərkəzi xəbər verib.
"Humberto" Şimali Livard adalarından 560 km şimal-şərqdə yerləşir və 17 km/saat (11 mil/saat) sürətlə şimal-qərbə doğru irəliləyir. Qasırğa daxilində küləyin maksimum sürəti 72 m/s-ə (45 mil/saat) çatır.