Bakı. Trend:
Hindistanın Tamil Nadu ştatında keçirilən siyasi mitinqdə yaranan izdiham nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Trend-in ABC News-a istinadən məlumatına görə, bu barədə ştatın səhiyyə naziri M. Subramanian açıqlama verib.
Onun sözlərinə görə, şənbə günü 36 nəfər xəstəxanaya aparılarkən yolda, daha dörd nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirib. Ölənlər arasında doqquz uşaq da var.
Nazir həmçinin bildirib ki, 124 nəfər xəstəxanaya yerləşdirilib və onların vəziyyəti əsasən stabildir.
XXX
13:17
Hindistanın cənubundakı Tamilnad əyalətinin Karur şəhərində mitinq zamanı baş verən izdihamda ölənlərin sayı 39-a çatıb, 100-ə yaxın yaralı var.
Trend xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Bundan əvvəl 33 nəfərin öldüyü bildirilirdi. Polis hadisə ilə bağlı araşdırma aparır.
İlkin məlumatlara görə, təşkilatçılar minlərlə nəfərlik toplantının iştirakçılarını su və yeməklə təmin etməyiblər. Hadisə yerinə təcili yardım maşınlarının çatması da mümkün olmayıb.
