...

Çin Yer kürəsinin aşağı orbitinə bir neçə peyk göndərib

Dünya xəbərləri Materials 28 Sentyabr 2025 11:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin eyni daşıyıcı raket vasitəsilə Yer kürəsinin aşağı orbitinə bir neçə peyk göndərib.

Trend-in məlumatına görə, peykləri orbitə daşıyan “Long March-6” raketi Şensi əyalətində yerləşən Tayyuan kosmodromundan buraxılıb.

Raket peykləri nəzərdə tutulan orbitə uğurla çatdırıb.

Bu buraxılış “Long March” seriyası üzrə 597-ci dəfə həyata keçirilib. Sözügedən peyklər internet əlaqəsini təmin edən 11-ci peyk qrupunu təşkil edir.

Xəbər lenti

Xəbər lenti